Abşeronda kütləvi dava - 3 nəfər bıçaqlandı

1 Dekabr 2017 13:02 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə rayonun Masazır qəsəbəsi ərazisində qeydə alınıb.

Iki qrup arasında baş verən kütləvi dava zamanı Zabrat qəsəbə sakinləri - Yusif Xanquliyev, Rauf Bəkirov və Məmmədəli Babazadə bıçaqlanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Araşdırmalar zamanı onlara bıçaq xəsarəti yetirən şəxslərin Yardımlı rayon sakinləri - İlqar Dadaşov, Cəsur Səbzəliyev Əmrah Almazzadə və Qobustan rayon sakini Fərhad Şikarov olmaları müəyyən edilib.

Faktla bağlı əməliyyat tədbirləri davam etdirilir.

AzNews.az