Gələn il üçün ehtiyac meyarı 130 manata çatdırılıb - Yenilənib

1 Dekabr 2017 16:44 (UTC+04:00)

"APA-Economics" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov deyib.

Onun sözlərinə görə, prezidentin tapşırığına əsasən, gələn il üçün Azərbaycanda ehtiyac meyarı 14 manat və ya 12% artırılaraq 130 manata çatdırılıb: "Ehtiyac meyarının artırılması cənab prezident İlham Əliyevin əhalinin sosial müdafiəsinin gücləndirilməsinə diqqətinin artırılmasını sübut edir. Artımla əlaqədar maliyyə təminatının formalaşdırılması üçün qanun layihəsində dəyişikliklərin edilməsi zərurəti yaranıb".

16:21

***

Gələn il üçün siyasi partiyalara ayrılan vəsait artırılıb.

“APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən plenar iclasında maliyyə naziri Samir Şərifov bildirib ki, 2018-ci ildə siyasi partiyalar üçün vəsait 20% və ya 500 min manat artırılaraq 3,1 milyon manata çatdırılıb.

Nazir qeyd edib ki, QHT-lərə ayrılan vəsait də 600 min manat və yaxud 2017-ci il illə müqayisədə 12,1% artırılaraq 5,6 mln. manat olub.

AzNews.az