Xarici işlər nazirinin istefa xəbəri yayıldı - ABŞ-da

1 Dekabr 2017 17:10 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Dövlət Departamentinin nümayəndəsi Xezer Nauert bu xəbərin yalan olduğunu bildirib.

"Dövlət katibi hazırda iş başındadır, o, prezidentə xidmət edir, öz işini sevir, o görüşlər keçirir və rəsmi qəbulların siyahısını hazırlayır" - deyə Nauert bəyan edib.

Nümayəndə deyib ki, Tillersonun istefa verməsi ilə xəbərlər ilk dəfədir ki, yayılmır.

The New York Times bir qədər əvvəl katibin istefa verdiyini, onun yerinə FTB-nin direktoru Mayk Pompeonun təyin edildiyi barədə xəbər yayıb.