91 yaşlı müharibə veteranı nəvəsini qətlə yetirdi

1 Dekabr 2017 17:35 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, nəvə 15 il ərzində öz babası ilə pis rəftar edirmiş. Son illər baba onun nalayiq hərəkətlərindən bezərək 50 dəfə polisə müraciət edib.

Öldürülən nəvənin 37 yaşı olub. O, alkoqollu içkilərə meylli imiş.

Noyabrın 30-da axşam saatlarında baba karandaş yonmaq üçün bıçaq götürüb. Bu zaman evə gələn nəvə onunla şit zarafatlar etmək istəyib. Baba əvvəlcə ona fikir verməyib. Nəvə daha da aqressivləşərək bütün problemlərinin səbəbkarı kimi babanı ittiham edib və onunla mübahisəyə başlayıb. O, babasına yaxınlaşaraq sinəsinə vurmağa başlayıb. Baba isə bu hərəkətə dözməyərək karandaş yonmaq üçün götürdüyü bıçaqla onun qarın nahiyəsinə zərbə endirib. Həkimlərin səyinə baxmayaraq, nəvə dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb.