“Belə narkomanlar evdə də müalicə oluna bilər” - Deputat

1 Dekabr 2017 17:59 (UTC+04:00)

Modern.az xəbər verir ki, bunu deputat Elmira Axundova Milli Məclisdə Cəzaların İcrası Məcəlləsinə edilən dəyişiklikdən danışarkən deyib.

O bildirib ki, belə xəstələrin müalicəsi vacibdir.

“Elələri var ki, narkotik maddənin iki-üç dəfə istifadə edib və təcrübəli narkoman deyillər. Bu şəxslər evlərdə də müalicə oluna bilər. Onların tibb məntəqəsində yerləşdirilməsi elə azadlıqdan mərhum etmək deməkdir. Fikrimcə, belə müəssisələrə ağır xəstələr yerləşdirilməlidir”.

AzNews.az