"Azərbaycan hərbçiləri mübarizdirlər, şərəflə xidmət edirlər" - Əşrəf Qəni

1 Dekabr 2017 18:42 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, bunu Əfqanıstan prezidenti Məhəmməd Əşrəf Qəni prezident İlham Əliyevlə görüşdən sonra mətbuata bəyanatında deyib.

O, Əfqanıstanın Azərbaycana hər zaman dəstək verməyə hazır olduğunu bildirib: "Biz Azərbaycana dəstək verməyə hər zaman hazırıq. Hərbi qulluqçularınızın sayının artırılması ilə əlaqədar bu yaxınlarda Brüsseldə bəyan etdiyiniz qərarı çox yüksək qiymətləndiririk. Hərbçiləriniz mübarizdirlər, şərəflə xidmət edirlər. Bu, bizim üçün böyük şərəfdir".