AXCP fəalına cinayət işi açılacaq

27 Fevral 2013 09:24 (UTC+04:00)



Bu barədə AzNews.az-a məlumatı AXCP fəalı Türkəl Əlisoyun qardaşı Eltac Əlisoy verib. Onun sözlərinə görə, Türkəl Əlisoyu polis bölməsinə aparılmalarının səbəbi bu gün keçiriləcək "tələbə etirazı"na dəstək verməsi olub: "Polislər bizə dedilər ki, Türkəl Əlisoya cinayət işi açacaqlar. Hazırda qardaşım polis idarəsində dindirilir".

Qeyd edək ki, Türkəl Əlisoy 26 yanvar "İsmayıllıya dəstək" aksiyasında iştirak etdiyinə görə 13 sutka həbs cəzası alıb.



İlkin
AzNews.az