Mənzildə 40 yaşlı kişi meyiti tapılıb

1 Dekabr 2017 19:13 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və orada aşkarlanan 1977-ci il təvəllüdlü Quliyev Rasim Nəriman oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.