Yamyam kişinin fantaziyaları

27 Fevral 2013 09:30 (UTC+04:00)



Amerikada yaşayan Ketlin Mangan-Vall adlı qadın ərinin yamyam olduğunu iddia edərək məhkəməyə müraciət edib. Məhkəmə yamyamlıqda ittiham edilən kişinin ömürlük həbsə məhkum edilməsini tələb edir.

İnternet vasitəsilə taniş olaraq evləndiyi polis ərinin gizlincə 38 min insanın da üzv olduğu sayta mütəmadi daxil olduğunu görə qadın həmin saytı araşdırıb. Məlum olub ki, saytdakı üzvlər yamyamlıq və seks fantaziyalarını bir-birləri ilə bölüşürlər.

Qadının polis əri isə bu söhbətlərdə xanımının ayağından tavana asaraq boğazını kəsəcəyini və qanın axmasını öz dostları ilə izləyəcəyini yazıb. Eyni zamanda xanımının rəfiqələrindən birini qaçıraraq başqalarını gözü qarşısında ona və xanımına təcavüz etməyi, daha sonra isə onu da öldürməyi planlaşdırıb. Bundan qorxuya düşən qadın məhkəməyə müraciət edib.

Qeyd edək ki, yamyam kəlməsi Afrikada yaşayan bir qəbilənin adından götürülüb. İndi bu kələmə psixiloji problemləri olan, şiddətə və qana meylli şəxslər üçün istifadə edilir.

Elnarə
AzNews.az