Samux sakini kimyəvi maddədən zəhərlənib

1 Dekabr 2017 20:49 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Samux rayon Ağasıbəyli kənd sakini 1987-ci il təvəllüdlü Məşdiyeva Yazgül Vahid qızı kimyəvi maddə ilə zəhərlənmə əlaməti ilə Gəncə şəhər Abbas Səhhət adına 1 saylı xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilib.

Vəziyyətinin orta ağır olduğu bildirilir. Qadının gəmiricilər əleyhinə istifadə olunan kimyəvi maddə içərək zəhərləndiyi bildirilir.