"İxtiramla bağlı 5 investordan təklif gəlib" - Reyhan Camalova (Video)

1 Dekabr 2017 21:21 (UTC+04:00)

AzNews.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, 15 yaşlı azərbaycanlı ixtiraçı Azərbaycanı gənc yaşda təmsil etməkdən fəxarət hissi duyduğunu bildirib.

ABŞ prezidentinin qızı və baş müşaviri İvanka Tramp Qlobal Sahibkarlıq Sammitindən bir gün sonra da Reyhan Camalova ilə görüşüb.

150 ölkədən 1500 nəfər iştirakçı arasında fərqlənməyi bacaran Reyhana artıq ixtirası ilə bağlı 5 investordan təklif də gəlib.

Reyhanın ərsəyə gətirdiyi "Reynerci" adlı qurğu yağışdan enerji alır. Hazırda alternativ enerji mənbələrinə olan tələbatı nəzərə alsaq, bu ixtiranın daha çox marağa səbəb olacağını deyə bilərik.

Qeyd edək ki, Reyhan Camalova gələcəkdə tanınmış elm adamı olaraq "Nobel" mükafatı qazanmaq istəyir.