Xaçmaz sakini dəm qazından zəhərlənib

2 Dekabr 2017 09:50 (UTC+04:00)

APA-nın verdiyi məlumata görə, rayonun Hacıqurbanoba kənd sakini, 1988-ci il təvəllüdlü İbrahimova Sevinc Famil qızı yaşadığı evin vanna otağında dəm qazından zəhərlənib.

O, Xaçmaz rayon Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, vəziyyəti normaldır.

AzNews.az