Kanada iki ölkə üçün viza rejimini ləğv etdi

2 Dekabr 2017 10:02 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Kanada Xarici İşlər Nazirliyindən verilən açıqlamaya görə, bu qərar Kanada hökumətinin hər iki ölkə və Avropa Birliyi ilə olan əlaqəsinə daha çox önəm verdiyini göstərir. Rumıniya və Bolqarıstan vətəndaşlarının Kanadaya vizasız səyahətləri yerli saatla bu gün 09:00-da başlayıb.

Yeni qərarla rumın və bolqarlar altı aya qədar qısa müddətli yerləşmə, ailə və dost ziyarəti məqsədilə səyahətlər üçün Kanadaya vizasız giriş edə biləcəklər.

Açıqlamada deyilir ki, iki ölkə vətəndaşlarının bir Kanada hava limanından başqa bir ölkəyə tranzit keçid etmək üçün səyahət öncəsi elektron icazə sənədi almalıdır.