Azərbaycanda kürəkən keçmiş qayınatasını öldürdü

2 Dekabr 2017 10:42 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə rayonun Təzəkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1949-cu il təvəllüdlü Əlican Qəmbər oğlu Ağayev keçmiş kürəkəni, 1983-cü il təvəllüdlü Ramil Nofəl oğlu Məmmədov tərəfindən bıçaqlanaraq qətlə yetirilib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

AzNews.az