DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzNews.az-a verilən məlumata görə, polis əməkdaşlarının peşəkarlıqla keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakini Cahid Quliyev və həmyerlisi Bəhruz Musayev saxlanılıblar.
RPŞ-də aparılan araşdırmalar zamanı hər iki şəxs törətdikləri əməli etiraf ediblər.
Ətraflarında aparılan tədbirlərlə onların oğurladıqları qızıl-zinət əşyalarının müəyyən qismini Bakıda satdıqları məlum olub. Özlərində saxladıqları qızıl-zinət əşyaları isə maddi sübut kimi götürülüb.
Faktla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.