Bakıda silah-sursat tapılıb

2 Dekabr 2017 12:45 (UTC+04:00)

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Bölməsi əməkdaşları tərəfindən Binəqədi qəsəbəsinin ərazisində sellofan torbada nömrəsi silinmiş “Mauzer” markalı tapança, 3 ədəd “F-1” və 1 ədəd “RQD” markalı qumbara tapılıb.