Keçmiş kürəkən qayınatasını niyə öldürüb?

2 Dekabr 2017 16:00 (UTC+04:00)

Virtualaz.org saytının Şirvan bürosunun məlumatına görə, qətlə yetirilənin qızı ilə Ramil 3 il əvvəl rəsmi qaydada boşanıblar və məhkəmə 2 uşağa görə Ramilin üzərinə 200 manat aliment ödəmək öhdəliyi qoyub. Ailəsindən ayrıldıqdan sonra Rusiyaya işləməyə gedən Ramil alimenti hər ay vaxtlı-vaxtında ödəyir, üstəlik keçmiş ailəsnə dolanışıq üçün əlavə pul da yollayırmış. Amma bu yaxınlarda Rusiyadan geri dönən R.Məmmədov keçmiş həyat yoldaşının yenidən ailə qurduğunu eşidərək baş verənləri aydınlaşdırmaq üçün onların evlərinə yollanıb. Bu zaman keçmiş qaynatası ilə onun arasında münaqişə yaranıb və R.Məmmədov Əlican Ağayevə 4 bıçaq zərbəsi vurub. Nəticədə Ə.Ağayev hadisə yerində ölüb.

Hadisədən sonra R.Məmmədov könüllü olaraq Biləsuvar RPŞ-yə gəlib və istintaqa təslim olub.

AzNews.az