Kürdəmirdə “KAMAZ” aşdı - Sürücü yaralandı

2 Dekabr 2017 16:43 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Böhran Vəziyyətlərdə İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Kürdəmir rayonu, Xırdapay kəndində “KAMAZ” markalı yanacaqdaşıyan avtomobil aşıb. Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri sıxılan vəziyyətdə qalmış sürücünü avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.