“Laçın“ ticarət mərkəzində qanlı hadisə

27 Fevral 2013 09:54 (UTC+04:00)



Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Qara Qarayev prospektində yerləşən "Laçın" ticarət mərkəzində 1982-ci il təvəllüdlü Quliyev Rəsul Əliqulu oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Faktla əlaqədar cinayət işi başlanılıb, əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Rəsul Quliyev isə ağır vəziyyətdə "Azərsutikinti" xəstəxanasına yerləşdirilib.

AzNews.az