Nigeriyada terror - 17 ölü, 46 yaralı

2 Dekabr 2017 19:54 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Əl-Cəzirə telekanalı rəsmi mənbələrə istinadən məlumat yayıb. Bildirilir ki, hadisə nəticəsində ən azı 17 nəfər həlak olub, 46 nəfər isə yaralanıb. Hadisə Biu şəhərində yerli supermarketlərin birində baş verib. Partlayışa səbəb olan iki kamikadze ölüb. Ehtimal olunur ki, terror "Boko Haram" qruplaşması tərəfindən təşkil olunub.