Sabirabadda yanğın oldu - Qadın öldü

2 Dekabr 2017 21:47 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonun Nərimankənd kəndində fərdi yaşayış evinin yanması nəticəsində ev sakini 1962-ci il təvəllüdlü Qarayeva Kubra Nəsir qızı tüstüdən boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az