“Qarabağ” Romaya yollanır

3 Dekabr 2017 13:48 (UTC+04:00)

AzNews.az Oxu.az-a istinadən xəbər verir ki, matç Bakı vaxtı ilə saat 23:45-də başlayacaq və AzTV ilə canlı yayımlanacaq.

Əsas komanda ilə yanaşı, Romaya “Qarabağ”ın U-19 komandası da yola düşüb. Onların həmyaşıdları ilə oyunu dekabrın 5-də saat 17:30-da başlayacaq.

Qeyd edək ki, bu oyunun nəticəsindən asılı olmayaraq, Azərbaycan təmsilçisi Çempionlar Liqasında və ümumilikdə, avrokuboklarda builki çıxışlarını yekunlaşdıracaq.