Bakıda çadırlar quruldu – Foto

3 Dekabr 2017 13:50 (UTC+04:00)

AzNews.az ölkə.az-a istinadən xəbər verir ki, yarmarkalar insanların sıx məskunlaşdığı ərazilərdə, metro stansiyaların qarşısında keçiriləcək. Yarmarkaların keçirilməsi üçün adəti üzrə çadırlar qurulub.

Bakı Şəhər İcra Hakimiyyətindən verilən məlumata görə, yarmarkalar Yeni il bayramı ərəfəsində əhalini rahat bayram bazarlığı etməsi üçün təşkil edilib. Çadırlarda bayramla bağlı mallar, o cümlədən ərzaq məhsulları satılacaq.

Bundan başqa, bayram ilə əlaqədar kənd təsərrüfatı yarmarkasının da keçiriləcəyi açıqlanıb.