İlk bitkoin milyarderləri məlum olub

3 Dekabr 2017 17:20 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Uinklvossov qardaşları 2013-cü ildə 11 milyon dollar müqabilində dünyadakı bitkoin ehtiyatlarının 1 faizini alıblar.

Həmin vaxt 1 bitkoinin dəyəri 120 dollar olub. Ötən dövr ərzində bitkoinin dəyər 100 dəfəyə qədər artıb və hazırda 11 min 594 dollar təşkil edir. Beləliklə, 4 il əvvəl Uinklvossov qardaşlarının bitkoinə qoyduğu sərmayə onların milyarderə çevrilməsinə səbəb olub.