Gələn ildən "Şahdəniz" qazının Avropaya çatdırılmasına başlanılacaq

3 Dekabr 2017 17:48 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, BP-nin Azərbaycan-Gürcüstan-Türkiyə regionu üzrə prezidenti Qəri Counz (Gary Jones) belə deyib.

Onun sözlərinə görə, "Cənub qaz dəhlizi" üzrə həyata keçirilən layihələr nəzərdə tutulmuş cədvəl üzrə müəyyən olunmuş büdcə çərçivəsində həyata keçirilir. Bu marşrut üzrə mexaniki işlər tam başa çatdırılıb. Boru kəməri demək olar ki, hazırdır.

"İnanıram ki, 2018-ci ilin ikinci yarısında "Şahdəniz" qazının Gürcüstandan keçməklə Avropaya çatdırılmasına başlaya biləcəyik", - deyə Q.Counz vurğulayıb.