Fərid Qayıbov təşkilatı çox yaxşı idarə edəcək - Paolo Frizinq

3 Dekabr 2017 17:56 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, Lüksemburq Gimnastika Federasiyasının prezidenti Paolo Frizinq belə deyib.

O qeyd edib ki, Splitdə keçirilən UEG-in 27-ci konqresi çox yaxşı təşkil olunub.

Frizinqin sözlərinə görə, nəticələr bir qədər gözlənilməz olub: "Mən şadam ki, bizim yeni prezidentimiz var və hesab edirəm ki, o, təşkilatı vitse-prezident və yeni icraiyyə komitəsi ilə növbəti dörd il ərzində yaxşı idarə edəcək. Mənə gəlincə isə, nəticələrim yaxşıdır, xoşbəxtəm ki, yenidən vitse-prezident vəzifəsinə seçildim".

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti seçilib. Xorvatiyanın Split şəhərində Avropa Gimnastika İttifaqının 27-ci konqresi çərçivəsində keçirilən prezident seçkilərində F.Qayıbov 28 səs toplamaqla bu posta digər namizəd, 20 səs toplamış sloveniyalı rəqibini geridə qoyub.