Saakaşvilinin gəlişi ilə bu yollar bağlanaq

27 Fevral 2013 10:34 (UTC+04:00)



Bu barədə Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, Gürcüstan Respublikasının Prezidenti Mixeil Saakaşvilinin Azərbaycan Resublikasına rəsmi səfəri ilə əlaqədar fevralın 27-i saat 14:00-dan etibarən fevralın 28-i saat 9:00-dək paytaxtın bəzi küçə və yolları istiqamətində avtomobillərin hərəkətinə müəyyən fasilələrlə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdiriləcək.
Bu gün saat 14:00-dan Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Mərdəkan, Buzovna, Zuğulba istiqamətində, eyni zamanda həmin marşrutdan şəhərin mərkəzi istiqamətində - Aeroport şossesi ilə Heydər Əliyev prospektindən keçməklə Yusif Səfərov - Üzeyir Hacıbəyov küçələri, Azadlıq prospekti, Zərifə Əliyeva - Rəsul Rza küçələri, Neftçilər prospekti-Azneft dairəsi, Niyazi-İstiqlaliyyət-10-cu Park - Letmontov-Teymur Elçin-Mehdi Hüseyn küçələri, eləcə də Fəxri Xiyaban istiqamətində, yəni Parlament prospekti və həmin marşrutdan İnşaatçılar - Bakıxanov küçələri boyunca avtomobillərin parlandırılması mümkünsüz olaraq.
"Bunları nəzərə alaraq, əhalidən, avtomobil sahiblərindən və sürücülərdən xahiş edilir ki, bu istiqamətlər üzrə hərəkət edərkən şəxsi avtomobillərdən və ya ictimai nəqliyyat vasiətələrindən istifadəyə üstünlük versinlər", -deyə bölmə rəisi qeyd edib.

AzNews.az