Toivo Klaar Bakıda

4 Dekabr 2017 09:57 (UTC+04:00)

Bu barədə APA-ya Aİ-nin Azərbaycan nümayəndəliyinin siyasi, iqtisadi və informasiya şöbəsinin rəhbəri Denis Danilidis məlumat verib. O bildirib ki, səfər iki gün davam edəcək. Səfər çərçivəsində T.Klaarın prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov və başqa rəsmi şəxslərlə görüşü gözlənilir.

Xatırladaq ki, T.Klaar bu il noyabrın 13-də bu vəzifəyə təyin olunub. O, 2014-cü il iyulun 8-dən bu vəzifədə olmuş səfir Herbert Zalberi əvəzləyib.

AzNews.az