Ev alan cütlüyün ailəsində faciə - Əvvəl arvadını öldürdü, sonra...

4 Dekabr 2017 10:20 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, yeni aldıqları evin şərəfinə ziyafət təşkil edən cütlüyün sonu ölümlə nəticələnib. Mənzilə dostlarını toplayan ər sonradan arvadı məişət zəminində mübahisə edib.

Mübahisə zamanı əlinə bıçaq götürən ər həyat yoldaşına çoxsaylı zərbələr endirib. Qadın aldığı xəsarətlərdən yerindəcə keçinib. Arvadının ölümündən sonra ər də intihar edib.

Mübahisə zamanı cütlüyün yeganə oğul övladı öz yataq otağında bərk yuxuya getdiyindən, hadisədən polis gləndən sonra xəbər tutub. Polisə isə xəbəri qonşuları verib.