Məmmədyarov Rusiyaya getdi

4 Dekabr 2017 11:06 (UTC+04:00)

XİN-dən AzNews.az-a verilən məlumata görə, Xarici işlər naziri Elmar Məmmədyarov 4-5 dekabr tarixlərində Xəzəryanı dövlətlərin xarici işlər nazirlərinin 7-ci müşavirəsində iştirak etmək üçün Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb.

Tədbir çərçivəsində nazir Elmar Məmmmədyarovun çıxışı nəzərdə tutulub.