Rusiya səfirliyinin avtomobili qəzaya düşdü

4 Dekabr 2017 11:33 (UTC+04:00)

APA-nın məlumatına görə, hadisə paytaxtın Nərimanov rayonu, Əhməd Ağaoğlu küçəsində qeydə alınıb. Rusiya Federasiyasının Bakıdakı səfirliyinə məxsus “Hyundai” markalı, 004 D 16 dövlət qeydiyyat nişanlı avtomobil BMW markalı, 10 TL 443 dövlət nömrə nişanlı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobilə ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az