Prezident Toivo Klaarı qəbul etdi - Yenilənib

4 Dekabr 2017 13:03 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Prezident İlham Əliyev dekabrın 4-də Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstandakı böhran üzrə yeni təyin edilmiş xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

***

Bakıya ilk dəfədir gəldiyini və burada şahidi olduğu inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını deyən Toivo Klaar Azərbaycan ilə daha yaxından tanış olmaqda maraqlı olduğunu vurğulayıb.

Dövlətimizin başçısı Toivo Klaarın Azərbaycana, o cümlədən ölkəmizin regionlarına gələcəkdə də tez-tez səfərlər edəcəyinə ümidvar olduğunu bildirdi və ona fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı vəziyyəti və münaqişənin həlli ilə bağlı danışıqlar prosesi ətrafında fikir mübadiləsi aparılıb.