Açıq geyinən qadınlara təcavüzü “həyati vəzifə” sayan vəkil həbs edildi

4 Dekabr 2017 14:52 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Misirdə bir televiziya proqramında açıq geyinən qadınlara təcavüzün həyati vəzifə olduğunu söyləyən vəkil Nabih əl-Vahş sərt qınaqlara məruz qalıb. Vəkilin açıqlamalarından sonra əyalət prokurorluğu "qanuna lağ etmə" və "şiddət tətbiqetmə ritorikasında ictimai asayişin pozulması, eləcə də xalqı təhqir etmə" iddiaları ilə əl-Vahşa cinayət işi açıb.

Haqqında cinayət işi başladılan əl-Vahşa, keçən həftə bəraətlə sərbəst buraxıldıqdan sonra, şənbə günü keçirilən məhkəmədə özü iştirak etməsə də, ona üç il həbs cəzası istənilib və tutulmasına qərar verilib.