Gömrükdə həşiş əməliyyatı

4 Dekabr 2017 15:04 (UTC+04:00)

DGK Mətbuat Xidmətindən AzNews.az-a verilən xəbərə görə, bu məlumata əsasən, külli miqdarda narkotik vasitənin nəzarət qaydasında alınaraq dövriyyədən çıxarılması və cinayət əməllərində əlbir olan şəxslərin müəyyən edilərək saxlanılması məqsədilə gömrük əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilib.

Nəticədə, Azərbaycan vətəndaşı Zəka Zəkara oğlu Əliyev adları hələlik istintaqa məlum olmayan İran vətəndaşları tərəfindən İrandan Azərbaycana gömrük sərhədindən gömrük nəzarətindən kənar yolla gətirilən 6 kiloqram 20 qram çəkidə həşiş qətranını Bakı şəhərinin Suraxanı rayonu, Bülbülə qəsəbəsi ərazisində şərti alıcıya satmaq istəyərkən saxlanılıb.

Beləliklə, Z. Əliyev şübhəli şəxs qismində tutulub, ona Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə ittiham elan edilib və Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.