Türkiyə səfirliyinin avtomobili qəzaya düşdü - Bakıda

4 Dekabr 2017 15:30 (UTC+04:00)

APA-nın məlumatına görə, Türkiyənin Bakıdakı səfirliyinə məxsus, “Fiat Doblo” markalı, 001 T 041 dövlət qeydiyyat nişanlı avtomobil “Mercedes” markalı maşınla toqquşub.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az