Bakıda sement istehsalı 25% artıb

4 Dekabr 2017 17:41 (UTC+04:00)

Bakı şəhər Statistika İdarəsindən AzNews.az-a verilən məlumata görə, sementin istehsalı 25,2%, betondan yığma tikinti konstruksiyaların istehsalı 2,4 dəfə, hörmə üçün hazır beton qarışığının istehsalı 30,1%, tikinti kərpicinin istehsalı 67,5% artıb.

Metallurgiya sənayesi və hazır metal məmulatlarının istehsalı sahələrində yanvar-oktyabr aylarında 410,6 mln. manatlıq məhsul istehsal olunub, metallurgiya sənayesində 0,1%, hazır metal məmulatlarının istehsalı sahəsində isə 17%-lik azalma müşahidə olunub. On ay ərzində sahə üzrə qara metallardan sair konstruksiyaların istehsalı 5,6 dəfə, misdən elektrik izolyasiyası olmayan çoxdamarlı məftil, tros və kabellərin istehsalı 2,4 dəfə artıb.