Oğurladığı çantadan 4 manat tapdı

4 Dekabr 2017 21:42 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Xəzər rayonu Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində naməlum şəxs 1977-ci il təvəllüdlü Pərvanə Əliyevaya hücum edib. Qadının tək olmasından istifadə edən soyğunçu zorla onun çantasını əlindən alaraq qaçıb. Çantada Pərvanə Əliyevanın şəxsiyyət vəsiqəsi və 4 manat pul olub.

Faktla bağlı əməliyyat-axtarış tədbirlərinə başlanılıb.