AzNews.az FHN-ə istinadən xəbər verir ki, Salyan rayonunda bərbərxananın yanar konstruksiyaları 9 m2 sahədə yanıb.
Bərbərxananın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
***
Abşeron rayonunun Xırdalan şəhərində kafenin mətbəxində məişət texnikaları və lambirdən ibarət tavan 2 m2 sahədə yanıb.
Kafenin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.