Azərbaycan diaspor rəhbərinin oğlu özünü güllələyib - Yenilənib

5 Dekabr 2017 13:28 (UTC+04:00)

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.

Hadisə baş verən gün 15 yaşlı Aqşin Kərimov evdə tək olub. Anası kiçik bacısını məktəbdən gətirmək üçün gedibmiş. Evə qayıdanda bacısı Aqşinin qanlar içində yerə uzandığını görüb. Həmin vaxt onun nəbzi hələ atırmış. Az sonra keçinib.

O, “Sayqa” markalı silahla oynayarkən ehtiyatsızlıqdan atəş açılıb.

Azərbaycan diasporunun Samara vilayətindəki liderlərindən Məhəmməd Süleymanov mərhumun meyitinin müayinə olunduğunu deyib: "Bu gün mərhumun cəsədi dəfn olunmaq üçün Azərbaycana yola salınacaq".

***

09:06

Rusiyanın Samara vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şirvan Kərimovun ailəsində bədbəxt hadisə baş verib.

APA-nın Rusiya bürosunun verdiyi məlumata görə, diaspor rəhbərinin oğlu Aqşin Kərimov evdə odlu silahla ehtiyatsız davranıb. Nəticədə odlu silahdan atəş açılıb. Başından güllə yarası alan A. Kərimov hadisə yerində ölüb.

Hadisə vaxtı ailə üzvlərinin evdə olmadığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az