Bu ölkələrin vətəndaşları ABŞ-a gedə bilməyəcək

5 Dekabr 2017 09:20 (UTC+04:00)

ABŞ Ali Məhkəməsi prezident Donald Trampın miqrasiya barədə fərmanının qüvvəyə minməsi barədə qərar çıxarıb.

AzNews.az-ın rus mətbuatına istinadən verdiyi xəbərə görə, fərman İran, Liviya, Somali, Suriya, Çad və Yəmən vətəndaşlarının ABŞ-a gəlişinə qadağanı nəzərdə tutur.

Həmçinin Şimali Koreya vətəndaşları və Venesuela məmurlarının ABŞ-a girişinə qadağa qoyub.