Mikroavtobusla “Mitsubishi-Pajero” toqquşdu - Ölən var

5 Dekabr 2017 10:00 (UTC+04:00)

APA-nın yerli bürosunun verdiyi məlumata görə, qəzada xəsarət alanlardan Masallı rayonunun Qızılağac kənd sakini, 1963-cü il təvəllüdlü Əhədova Rahilə Ulduz qızı xəstəxanada ölüb.

Qeyd edək ki, qəza nəticəsində 1964-cü il təvəllüdlü Lənkəran rayon sakini Rəhimova Tükəz Həbib qızı, Biləsuvar rayon sakini, 1968-ci il təvəllüdlü Qasımova Maral İnşallah qızı və Masallı rayonu Qızılağac kənd sakini, 1960-cı il təvəllüdlü Əhmədov Elşən Siyasət oğlu orta ağır dərəcəli xəsarət alıblar.

AzNews.az