Dünya rekordu qıran göy qurşağı: 9 saat göründü

5 Dekabr 2017 11:29 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Çin Mədəniyyət Universitetinin professorları və tələbələrinin şahid olduğu təbii hadisə dünyada çox nadir hallarda baş verir.

Heyətin müşahidələri, çəkilən fotolar və videolar göy qurşağının saat 06.57-dən 15.55-ə qədər, yəni 8 saat 58 dəqiqə davam etdiyini göstərir. Əgər təsdiqlənərsə, 14 mart 1994-cü il tarixində İngiltərənin Yorkşir şəhərində ən uzunmüddətli görünən göy qurşağının rekordu da qırılmış olacaq.