73 yaşlı qadın kanalda boğuldu

5 Dekabr 2017 12:36 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, İmişli rayonunun Məzrəli kənd sakini, 1944-cü il təvəllüdlü Rzayeva Afiqə Mirsəlim qızı kənd ərazisindən keçən kanala düşərək boğulub.

Onun meyiti kanaldan çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az