AzNews.az türk mətbuatına istinadən xəbər verir ki, Qüdsü müsəlmanların qırmızı cizgisi adlandıran Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Tramp bu addımı atacağı halda İstanbulda İƏT-in təcili toplantısını çağıracağını deyib.
"İslam Əməkdaşlıq Təşkilatının sədri olaraq, bu məsələni sona qədər təqib edəcəyik. Əgər belə bir addım atılarsa, beş-on gün içərisində təşkilatın təcili toplantısını çağırıb İsraillə diplomatik əlaqələrə son qoyacağıq" - Ərdoğan belə deyib.
Ərdoğan ABŞ-a belə bir addım atmaması üçün bir daha xəbərdarlıq edib.