Türkiyəli müğənni “Tut ağacı”na klip çəkdirdi - Video

5 Dekabr 2017 15:35 (UTC+04:00)

AzNews.az Oxu.Az-a istinadən xəbər verir ki, ekran işinin rejissoru Ersin Taşdır. Klipdə ifaçının tərəf müqabili rolunda tanınmış teatr və kino aktrisası Zeynep Gülmez çəkilib.

“Efsane türküler” adlı albomda yer alan mahnı barədə “Azərbaycana aid anonim türkü” sözləri qeyd olunub.

Qeyd edək ki, “Tut ağacı” mahnısının sözləri Zakirə Allahverdiyevaya, musiqisi bəstəkar Aygün Səmədzadəyə məxsusdur. Mahnını ilk dəfə Əməkdar artist Aygün Bəylər ifa edib.