“Məqsədimiz Ukraynada demokratik proseslərə dəstək verməkdir - Hikmət Cavadov

5 Dekabr 2017 20:15 (UTC+04:00)

AzNews.az xəbər verir ki, mitinqdə Saakaşvilinin tərəfdarları çıxış edərək Ukrayna hökumətini demokratik proseslərə maneə olmamağa çağırıblar. Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadov da çıxış edənlər arasında olub.

H.Cavadov çıxışı zamanı Ukraynanın Avropanın bir hissəsi olduğunu bəyan edib və qeyd edib ki, məqsəd Ukraynada demokratik proseslərə dəstək vermək, ölkədə azadlığı və demokratiyanı təmin etməkdir.

Hikmət Cavadov həmçinin əlavə edib ki, onlara qarşı təzyiqlərə və deportasiya olunmaları ilə bağlı hədələrə baxmayaraq Ukraynanın demokratiyası və azadlığı uğrunda mübarizələrini davam etdirəcəklər.