AzNews.az Trend-ə istinadən xəbər verir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti dekabrın 4-də 64,01 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,1 dollar/barel azdır.
Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti dekabrın 4-də 60,98 dollar/barel təşkil edib ki, Trend-ə görə, bu da əvvəlki qiymətdən 1,06 dollar/barel azdır.
Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə dekabrın 4-də 63,41 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 1,11 dollar/barel azdır.