31 yaşlı kişi özünü bıçaqlayaraq öldürdü

6 Dekabr 2017 09:00 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Sabunçu rayonunda baş verib.

Belə ki, Maştağa qəsəbəsində 1986-ci il təvəllüdlü Əliyev Qadir Xalid oğlu bıçaqla ürək nahiyəsinə xəsarət yetirib. Yaralı qonşularının köməkliyi ilə xəstəxanaya çatdırılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

AzNews.az