Sumqayıt toyunda insident

6 Dekabr 2017 09:16 (UTC+04:00)

"Report" xəbər verir ki, hadisə Sumqayıt şəhərində baş verib.

1988-ci il təvəllüdlü Muradov Şahin Malikəjdər oğlu şadlıq sarayında keçirilən toy məclisi zamanı tanışı ilə mübahisə edib. Mübahisə nəticəsində o, bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

AzNews.az