“Çox çətin idi” - Qurban Qurbanov

6 Dekabr 2017 09:55 (UTC+04:00)

Trend-in məlumatına görə, bunu "Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının qrup mərhələsinin sonuncu turu çərçivəsində keçirilən "Roma" - "Qarabağ" oyunundan (1:0) sonra mətbuat konfransında deyib.

Ağdam təmsilçisinin baş məşqçisi "Roma"nı təbrik edib: "Növbəti mərhələdə onlara uğurlar arzulayıram. Məğlub olmaq istəmirdik, lakin bütün futbolçularımdan razı qaldım. Çox güclü komandaya qarşı oynayırdıq. Çox çətin idi. Ancaq futbolçularım layiqli mübarizə apardılar".

Qeyd edək ki, turnirdə C qrupunda mübarizə aparan "Qarabağ" 2 xalla sonuncu yeri tutub.

AzNews.az